Siyahıya düşməyən YAP-çı deputatlar: “Bundan sonra ömrümü nəvələrimə həsr edəcəm”

Yenixeber.org: Ancaq siyahıda beşinci çağırış Milli Məclisin üzvü olan YAP-çılardan bir çoxunun adı siyahıda yoxdur. Siyahıda adı olmayanlar bunlardır:
Bahar Muradova
Rövnəq Abdullayev
Cavid Qurbanov
Xanlar Fətiyev
Şəmsəddin Hacıyev
Mirkazım Kazımov
Əsabil Qasımov
Yaqub Mahmudov
Rafiq Məmmədhəsənov
Dilarə Cəbrayılova
Sona Əliyeva
Arif Rəhimzadə
Tahir Süleymanov
Ağacan Abıyev
Kamran Bayramov
Nəriman Əliyev
İlham Əliyev
Mirzəcan Xəlilov
YAP-ın siyahısında adı olmayan bir neçə keçmiş deputatın mövqeyini öyrənməyə çalıdıq:
Beşinci çağırış Milli Məclisin deputatı olmuş Mirzəcan Xəlilov deyib ki, YAP siyahısında xeyli sayda gənclər var:
“Ölkəmizin öz siyasəti var. Necə məsləhət görürsə, elə də olmalıdır. Gənclərə qapı açılıb. Hesab edirəm ki, hər şey yaxşı olacaq. Vaxtilə məsləhət olmuşdu mən də YAP-ın namizədləri sırasından deputat seçilmişdim. Bu gün isə kifayət qədər yaşım var. 65-i keçmişəm. Ötən illər ərzində mənə etimad göstərilib. Dövlətim məni ən ali mükafatla qiymətləndirib. Hər şey qabaqdadır. Gücüm çatdığı qədər gənclərə dəstək olmağa çalışacam. Deputat olmasam da, insanlarla ünsiyyətim həmişə yaxşı olub və bu davam edəcək. Bildiyiniz kimi, mən illərdir ki, xeyriyyəçiliklə məşğulam. Bu işimi bundan sonra daha çox davam etdirəcəm”.
Beşinci çağırış Milli Məclisin deputatı olmuş Mirkazım Kazımov isə bundan sonrakı ömrünü nəvələrinə həsr edəcəyini bildirib:
“Yeni Azərbaycan Partiyasının deputatlığa namizədliyini verdiyi şəxslərə heç bir etirazım yoxdur. Gənclər öndə olsa daha yaxşı olar. YAP rəhbərliyi sağ olsun ki, zamanında mənim namizədliyimi irəli sürüb və mən deputat olmuşam. Mənimlə əməkdaşlıq etdiyinə görə YAP-a təşəkkürümü bildirirəm. Təqaüdçü adamam. Bundan sonra ömrümü nəvələrimə həsr edəcəm”. (modern)