Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Hərbçilərin yeni yaşayış binası istifadəyə verilib - VİDEO

Hərbçilərin yeni yaşayış binası istifadəyə verilib - VİDEO
Azərbaycan Ordusunun şəxsi heyətinin sosial-məişət şəraitlərinin yaxşılaşdırılması ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişinə əsasən Hərbi Hava Qüvvələrinin (HHQ) aviabazasının ərazisində yerləşən növbəti yaşayış binası hərbi qulluqçuların istifadəsinə verilib.
Yenixeber.org: Müdafiə Nazirliyindən verilən məlumata görə, xidməti mənzillərin açarlarının təqdimetmə mərasimində uçuş və texniki heyət, eləcə də onların ailə üzvləri ilə görüşən Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov nazirliyin rəhbərliyi adından mərasim iştirakçılarını salamlayıb.



Nazir müavini bildirib ki, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə son illər onların daimi və xidməti mənzillə mütəmadi təmin olunması ölkə başçısının Ordumuza göstərdiyi qayğının bariz nümunəsidir.

Tədbir zamanı məlumat verilib ki, beşmərtəbəli bina 70 tam təmirli mənzildən ibarətdir və bütün kommunikasiya xətləri ilə təchiz olunub.



Hərbi qulluqçuların ailə üzvlərinin səmərəli istirahətini təmin etmək məqsədilə bütün lazımi şəraitin yaradıldığı bina üçün yarımstansiya tikilib, qaz, su, işıq sayğacları qoyulub, mənzillər mətbəx, qonaq, uşaq və yataq mebelləri və istilik sistemi ilə təmin edilib. Əraziyə asfalt döşənib, 100 kubluq su çəni qoyulub və yaşıllaşdırma işləri həyata keçirilib.



Mənzillər təqdim edilən hərbi qulluqçular göstərilən qayğıya görə Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.

Sonra HHQ komandanı general-leytenant R.Tahirov burada yaradılan şəraitlə tanış olub və hərbçilərin ailə üzvləri ilə çay süfrəsi ətrafında söhbət edib.












Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam