Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçılarının - Tbilisi görüşü dekabrın sonuna qədər keçiriləcək

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin növbəti görüşü bu ilin sonuna qədər Tbilisidə keçiriləcək.

Yenixeber.org: Bu barədə yerli bürosuna Gürcüstanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Qeyd olunub ki, 8-ci üçtərəfli görüşün dəqiq tarixinin müəyyənləşdirilməsi üçün hazırda tərəflər arasında informasiya mübadiləsi həyata keçirilir.

“Görüş dekabr ayının sonuna qədər mütləq keçiriləcək”, - XİN-dən vurğulanıb.

Qeyd edək ki, ötən gün Gürcüstanın xarici işlər naziri David Zalkaliani XİN başçılarının üçtərəfli görüşünün planlaşdırıldığını deyib.

Üçtərəfli görüş Tbilisidə bu ilin oktyabrın 16-da keçirilməli idi. Lakin Türkiyə tərəfinin müraciəti əsasında görüş təxirə salınıb.

Azərbaycan-Gürcüstan-Türkiyə formatında XİN başçılarının son yeddinci üçtərəfli görüşü ötən ilin oktyabrın 29-da İstanbulda keçirilib.

Üçtərəfli formatda ilk görüşə 2012-ci ildə Türkiyənin Trabzon şəhəri ev sahibliyi edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam