Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Ordumuzun döyüşə hazırlıq səviyyəsi artıb” - General-leytenant

“Ordumuzun döyüşə hazırlıq səviyyəsi artıb” - General-leytenant
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun 2019-cu il üçün təsdiq etdiyi döyüş hazırlığı planına əsasən, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində birlik, birləşmə, xüsusi təyinatlı təhsil müəssisələrinin, qoşun qisimlərinin və əlahiddə bölmə komandirlərinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavinlərinin, eləcə də psixoloqların təlim-metodiki toplantısı keçirilib.
Yenixeber.org: Əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.

Tədbirdə çıxış edən Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev Ali Baş Komandanımızın Silahlı Qüvvələr qarşısında qoyduğu mühüm vəzifələrin müvəffəqiyyətlə həyata keçirilməsi nəticəsində ordumuzun döyüşə hazırlıq səviyyəsinin, döyüş qabiliyyətinin, şəxsi heyətin vətənpərvərlik ruhunun artmasından, ölkəmizin dinamik sosial-iqtisadi inkişafının ordu quruculuğu sahəsində görülən işlərə müsbət təsirindən, həyata keçirilən irimiqyaslı islahatların ordumuzun döyüş və mənəvi-psixoloji hazırlığının yüksəlməsinə səbəb olduğundan danışıb və 2020-ci ildə müvafiq sahədə görüləcək işlər barədə Müdafiə nazirinin tapşırıqlarını tədbir iştirakçılarının diqqətinə çatdırıb.



Müdafiə Nazirliyinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi - Şəxsi Heyət Baş İdarəsinin rəis müavini general-mayor Rasim Əliyev Azərbaycançılıq ideologiyası əsasında hərbi vətənpərvərlik tərbiyəsi, mənəvi-psixoloji hazırlıq, hərbi intizamın yüksəldilməsi və digər istiqamətlərdə görülən işlər və qarşıda duran vəzifələr barədə məruzə ilə çıxış edib.

Tədbirdə birlik, birləşmə, xüsusi təyinatlı təhsil müəssisələrinin, qoşun qisimlərinin və əlahiddə bölmə komandirlərinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavinlərinin Azərbaycan Ordusunda tərbiyə işinin təkmilləşdirilməsi, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı səviyyəsinin artırılması, hərbi qulluqçuların milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsi, gənclərdə hərbi xidmət nüfuzunun yüksəldilməsi, hər bir gənc döyüşçünün müqəddəs məqsəd uğrunda mübarizə aparmasının mahiyyətini dərindən dərk etməsi və psixoloji təminatı mövzularında məruzələri dinlənildi.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılovun “Azərbaycan Ordusunda dini radikalizmə qarşı mübarizədə Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi ilə birgə fəaliyyət”, Daxili İşlər Nazirliyinin əməkdaşı, polis polkovnik-leytenantı Mübariz Ağayevin “Avtoqəzaların qarşısının alınmasında hüquqi, profilaktik və tərbiyəvi tədbirlərin təşkili”, BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlunun “İnformasiya müharibəsi”, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyevin “Azərbaycan Ordusunun nüfuzunun artırılmasında veteran təşkilatları ilə birgə təşkil edilən fəaliyyət” mövzularında məruzələri dinlənilib.

“İlin ən yaxşı psixoloqu” müsabiqəsinin qaliblərindən baş leytenant Reyhan Maniyeva və baş leytenant Aqil Namazov tədbir iştirakçıları ilə təcrübə mübadiləsi aparıb və şəxsi heyətə psixoloji yanaşmanın yeni üsullarından danışıblar.

Toplantıda həmçinin bir çox xidməti mövzular ətrafında da fikir mübadiləsi aparılıb, bələdiyyə və parlament seçkilərinin təşkili və keçirilməsi məsələlərindən danışılıb, 2020-ci ildə Azərbaycan Ordusunda ideoloji işin prioritet istiqamətləri və mənəvi-psixoloji təminatın təşkilinə dair müvafiq tapşırıqlar verilib.

Sonra 2019-cu tədris ili ərzində xidməti vəzifələrinin yerinə yetirilməsində fərqlənmiş hərbi qulluqçular mükafatlandırılıb.

Toplantının yekununda Bakı Bələdiyyə Teatrının və Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivləri Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbaninin müəllifi və quruluşçu rejissoru olduğu, Azərbaycanın Milli Qəhrəmanı şəhid əsgər Çingiz Qurbanovun xatirəsinə ithaf olunan “Çingiz dastanı” tamaşası nümayiş etdirilib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam