Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

“Kəlbəcər” adlı tanker gəmisi - istifadəyə veriləcək

“Gələn ilin mayında “Azərbaycan” adlı “Ro-Pax” tipli gəmi-bərə istifadəyə veriləcək”.

 

Yenixeber.org: Bu barədə "Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev jurnalistlərə açıqlamasında məlumat verib. O qeyd edib ki, “Azərbaycan” gəmi-bərəsinin istifadəsi vaqon, yük, və 100 nəfərə qədər sərnişinin daşınmasına imkan verəcək:

 

"Suya daxil edilən "Ro-Pax" tipli “Azərbaycan” gəmi-bərəsinin gövdə hissəsinin inşası tamamilə bitib. Geriyə qalan tikinti və quraşdırma işləri Gəmiqayırma Zavodunun yanalma körpüsündə davam etdiriləcək. Ona görə, gəmi-bərə zavodun tikinti-quraşdırma sahəsindən üzən dok üzərindən hidravlik arabacıqlarla suya salınıb.



Onu da qeyd edək ki, unikallığı ilə seçilən "Ro-Pax" tipli gəmi-bərənin uzunluğu 154,50, eni isə 17,7 metrdir. Bu gəmi-bərənin sürəti 14 uzelə bərabərdir”.



M. Mehdiyevin sözlərinə görə, “Azərbaycan” gəmi-bərəsi həm də 56 vaqon-çən, 50 yük maşını və 100 sərnişin daşımaq imkanına malikdir:

 

“Heyət sayı 30 nəfərdən ibarət olacaq gəminin konsepsiyası Odessa Dəniz Mühəndisliyi Bürosu və ASCO-nun təcrübəli mütəxəssisləri ilə birgə hazırlanıb. Gəmi-bərə, eləcə də hazırda inşası davam edən daha bir ədəd eyni tipli gəmi-bərə Şərq-Qərb nəqliyyat dəhlizi üzrə Xəzər üzərindən keçən və artmaqda olan tranzit yüklərin daşınmasına mühüm töhfə verəcək".

 

ASCO sözcüsü onu da bildirib ki, zavodda növbəti tankerin tamamlanma işləri aparılır:

 

“Kəlbəcər” adlı tankerin də gələn il istifadəyə verilməsi gözlənilir. Bu tankerin texniki xüsusiyyətləri maksimum yüklə Volqa-Don kanalı ilə dünya sularında, həm də Xəzər dənizində hərəkət etmək imkanı verir. Hazırda Xəzər Dəniz Gəmiçiliyinin dünya sularında Azərbaycan bayrağı altında üzən 14 gəmisi var. Onlardan 12-si quru yük gəmisi, ikisi isə tankerdir”.

 

Qeyd edək ki, “Kəlbəcər” adlı tankerin hazırlanması ilə Azərbaycanın bütün işğal olunmuş rayonlarının tankerlərə verilən adları tamamlanır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam