Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Prezident İlham Əliyev -Qazaxıstan Prezidentini təbrik edib

Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə təbrik məktubu göndərib.

Yenixeber.org: Təbrikdə deyilir: "Hörmətli Kasım-Jomart Kemeleviç, Qazaxıstan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Qardaş Qazaxıstan müstəqillik illərində dinamik və hərtərəfli inkişaf yolu keçərək həyatın bütün sahələrində mühüm nailiyyətlər əldə etmiş, beynəlxalq aləmdə yüksək nüfuz qazanmışdır.

Əminəm ki, xalqlarımızın iradəsindən qaynaqlanan dövlətlərarası münasibətlərimizin hazırkı yüksək səviyyəsi, strateji tərəfdaşlığımız bundan sonra da əməkdaşlığımızın bütün sahələrdə müvəffəqiyyətlə davam etdirilməsi üçün geniş imkanlar açacaqdır.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Qazaxıstan xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam