Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Erməni deputat “soyqırım” qətnaməsinə qarşı çıxdı

Erməni deputat “soyqırım” qətnaməsinə qarşı çıxdı
Türkiyə parlamentinin hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan erməni əsilli deputatı Markar Yesayan ABŞ Senatında qondarma “erməni soyqırımı” ilə bağlı qəbul edilmiş qətnamənin əleyhinə çıxış edib.
Yenixeber.org: Deputat bu sənədin Ermənistan-Türkiyə dialoquna mane olduğunu deyib.

Onun sözlərinə görə, on illərdir “soyqırım”la əlaqəli qəbul edilməyən qətnamə Türkiyəni Rusiyadan S-400 komplekslərini almasına və Suriyadakı əməliyyata görə cəzalandırmaq üçün təsdiqlənib.

“Bunun tarixə və reallığa heç bir aidiyyəti yoxdur. Atılan addım yalnız dialoqa mane olur. Və yəqin ki, bu, elə arzuolunandır. Beləliklə, vampirlər üçün ziyafətə çevriləcək yara həmişə qanayacaq”, - deyə Yesayan öz "Twitter" səhifəsində yazıb.

Xatırladaq ki, dekabrın 12-də ABŞ Senatında qondarma “erməni soyqırımı” ilə bağlı qətnamə yekdilliklə qəbul edilib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam