Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Buta Airways” Bəhreynə birbaşa reys açır

Azərbaycanın aşağıbüdcəli aviaşirkəti “Buta Airways” Yaxın Şərqə daha bir istiqamət açır.

Yenixeber.org: “Buta Airways” aviaşirkətinin mətbuat xidmətindən verilən məlumata görə, 30 oktyabr 2019-cu il - 28 mart 2020-ci ilin qış cədvəli çərçivəsində aviaşirkət həftədə iki dəfə - çərşənbə və şənbə günləri olmaqla Bəhreynə birbaşa uçuşlar həyata keçirəcək.

Yeni reyslər Azərbaycana əlavə turist axınına şərait yaradacaq. Eyni zamanda, Bəhreyn özü də qədim abidələri, rəngarəng təbiəti və əla dalğıclıq imkanları ilə səyahətçiləri cəlb edir. Həmçinin Bəhreynin paytaxtı Manama hər il keçirilən Formula 1 Qran Pri yarışına evsahibliyi edir.

Qeyd edək ki, daha əvvəl loukoster Səudiyyə Ərəbistanının Ər-Riyad və Dammam şəhərlərinə birbaşa reyslər açmışdır.

Yeni istiqamətin açılması İran Körfəzi ölkələrindən Azərbaycana əlavə turist axınına şərait yaradacaq və iki ölkə arasında işgüzar əlaqələri gücləndirəcək. Yaxın gələcəkdə "Buta Airways" aşağıbüdcəli aviaşirkəti Yaxın Şərqin bir sıra digər şəhərlərinə birbaşa reyslər açmağı planlaşdırır.

Aviabiletləri aviaşirkətin rəsmi internet saytında, həmçinin aviaşirkətin satış ofislərində əldə etmək mümkündür.

Saytda onlayn-qeydiyyat uçuşdan 24 saat əvvəl açılır və uçuşa 2 saat qalmış bağlanır. Onlayn-qeydiyyat bütün tariflərdə pulsuzdur.

Bütün yenilikləri və xəbərləri “Buta Airways”in sosial şəbəkələrdəki səhifələrində izləmək mümkündür:

facebook.com/ButaAirways
instagram.com/ButaAirways
twitter.com/ButaAirways
t.me/Buta_Airways

“Buta Airways” Azərbaycanın ilk aşağı büdcəli aviaşirkətidir və "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) struktur bölməsidir. 2016-ci ilin dekabrında əsası qoyulmuşdur. İlk reys 2017-ci il sentyabrın 1-də yerinə yetirilmişdir. Aviaşirkətinin donanması müasir “Embraer” təyyarələrindən ibarətdir. Aviaşirkət Bakıda, Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam