Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycan daha bir mötəbər konfransa qatılır - Nur-Sultanda

Cari il sentyabrın 9-da Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində “1994-cü il 9 sentyabr tarixli Avrasiya Patent Konvensiyasina sənaye nümunələrinin mühafizəsinə dair Protokol”un imzalanmasına həsr olunan Diplomatik konfrans keçiriləcək. Diplomatik konfrans Konvensiyanın imzalanmasının 25-ci ildönümü günündə təşkil olunacaq.

Yenixeber.org:  Protokol sənaye mülkiyyəti obyektlərinin Avrasiya mühafizəsi sisteminin genişləndirilməsini, onu imzalayan bütün dövlətlərin ərazisində qüvvədə olan vahid Avrasiya patenti əsasında sənaye nümunələrinin mühafizəsi üzrə dövlətlərarası sistemin yaradılmasını, həmin ölkələrin daxili bazarının inkişafını və ticarət və investisiya fəaliyyətinin inkişafı üçün onların ərazilərinin cəlbediciliyinin artırılmasını nəzərdə tutur.

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi adıçəkilən Protokol layihəsinin hazırlanmasında fəal iştirak etmiş, onun verdiyi təkliflər nəzərə alınmış, sənəddə müvafiq dəyişikliklər edilmişdir.

Diplomatik konfransa bir sıra dövlətlərin hökumət nümayəndə heyətləri, beynəlxalq və regional hökumətlərarası təşkilatların əməkdaşları, eyni zamanda əqli mülkiyyət sahəsi üzrə beynəlxalq mütəxəssislər dəvət dəvət olunub.

Bu mötəbər beynəlxalq tədbirdə ölkəmizi Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam