Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

NATO-nun Bakı planı

 

NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay yaxın aylarda Azərbaycana gələcək

 

"Xeberinfo.com":  Məlumataa görə, bunu "Trend"-ə C.Appaturay özü deyib.
Onun sözlərinə görə, Bakıya səfərinin tarixi hələ müəyyənləşməyib: "Ümid edirəm ki, yayadək Bakıya gələcəm".
C.Appaturay qeyd edib ki, Bakı səfəri zamanı NATO-Azərbaycan münasibətlərinin inkişafı, həmçinin regional təhlükəsizlik məsələləri müzakirə olunacaq.
İkitərəfli əlaqələrlə bağlı planlar barədə danışan xüsusi nümayəndə qeyd edib ki, dekabrda tərəflər 2015-2016-cı illər üçün geniş məqsədləri əhatə edən NATO-Azərbaycan Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planını imzalayıblar: "Biz bu planı həyata keçirməyə köklənməliyik".
Onun sözlərinə əsasən, NATO-Azərbaycan münasibətlərində əsas məqsədlər hazırda müdafiə sahəsində şəffaflığın və hesabatlılığın artırılması, qarşılıqlı fəaliyyət, təhsil və treninqlər, həmçinin enerji təhlükəsizliyi sahəsində əməkdaşlıqdır.
Yeni NATO-Azərbaycan Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planından savayı, C.Appaturay ötən ilin sentyabrında yüksək səviyyədə keçirilən Uels sammitində qəbul edilən yeni təşəbbüsü-birgə fəaliyyət platformasını qeyd edib. Xüsusi nümayəndə bildirib ki, Azərbaycan digər 23 tərəfdaşla birlikdə yeni platformanın hissəsi olmağa dəvət edilib: "Birgə fəaliyyət təlim, əməliyyat və ya digər forma vasitəsilə ümumi məqsədlərə çatmaq üçün qarşılıqlı məlumatlandırma qabiliyyətimizi ehtiva edir".
Birgə fəaliyyət platformasının iclası mülki və hərbi formatda başlayıb. Xüsusi nümayəndə vurğulayıb ki, bu görüşlər Azərbaycana NATO və alyansın qarşılıqlı maraq doğuran əsas məsələlərində maraqlı olan digər tərəfdaşlarla sıx əməkdaşlıq etməyə imkan verəcək.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam