Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycan NATO üçün strateji əhəmiyyətə malik ölkədir

 

“Alyans rəsmi şəkildə Uels sammitində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini açıqlayıb” 

"Xeberinfo.com": “Əfqanıstanda sülhyaratma əməliyyatları başa çatdıqdan sonra da Azərbaycan NATO üçün strateji əhəmiyyətə malik ölkə olaraq qalacaq”. APA-nın məlumatına görə, bunu NATO baş katibinin müavini və Cənubi Qafqaz, Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay (James Appathurai) deyib.

NATO-nun enerji təhlükəsizliyi siyasəti, kiber təhlükəsizliklə bağlı spesifik layihələrinin olduğunu bildirən C. Appaturay Azərbaycan hakimiyyətinin NATO-nun Əfqanıstanda həyata keçirəcəyi yeni əməliyyatlarla bağlı lazımi sənədləri tez bir zamanda imzaladığını xüsusi vurğulayıb. O, Azərbaycanın İSAF əməliyyatlarına verdiyi töhfələrin NATO tərəfindən qiymətləndirildiyini diqqətə çatdırıb: “NATO Azərbaycanla müdafiə təhsili, enerji təhlükəsizliyinin təmin olunması, kiber təhlükəsizlik, terrorizmə qarşı mübarizə sahələrində birgə işləyəcək. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliklə birlikdə torpaqların minalardan təmizlənməsi, əhalinin burada təhlükəsiz yerləşdirilməsi istiqamətində birgə çalışırıq. Biz Azərbaycan xalqı üçün yaxşı işlər görməkdən məmnunluq duyuruq. Biz əməkdaşlığımızı strateji tərəfdaşlığa qaldıra bilərik. İnsan hüquqları və idarəetmə sahəsində dialoqların aparılması alyans üçün olduqca əhəmiyyətlidir”.

Təhlükəsizlik sahəsində şəffaflığın təmin olunması, İPAP platforması çərçivəsində uğurlu əməkdaşlığın davam etdiyini söyləyən C. Appaturay QHT, fövqəladə təhlükəsizlik çağırışları istiqamətlərində də əlaqələrin inkişafına diqqət yetiriləcəyini bildirib.

Dağlıq Qarabağ münaqişəsinə toxunan xüsusi nümayəndə qeyd edib ki, NATO-nun problemin həllində rolu olmasa da, alyans ATƏT-in Minsk Qrupu həmsədrlərinin münaqişənin həlli ilə bağlı səylərini dəstəkləyir: “Alyans rəsmi şəkildə Uels sammitində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini açıqlayıb. Təbii ki, biz münaqişənin sülh yolu ilə, Azərbaycanın ərazi bütövlüyü, tərəflərin maraqlarına uyğun həllinin tərəfdarıyıq”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam