Redaktor seçimi
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Günün xəbəri

Türkiyənin tanınmış şəxsləri Azərbaycan xalqını təbrik ediblər - VİDEO

Türkiyənin tanınmış ictimai-siyasi, mədəniyyət və incəsənət xadimləri, televiziya aparıcıları 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan xalqını təbrik ediblər. 

Yenixeber.org: Onlar videoçarx vasitəsilə öz istək və arzularını dilə gətiriblər.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bayram təbrikini bu ifadələrlə bildirib: “Bir millət, iki dövlət!” ifadəsi ilə güclənən qardaşlığımızı daha yüksək səviyyələrə çıxarmaq həm ortaq mirasımıza, həm də gələcək nəsillərə olan borcumuz və vəzifəmizdir. Çünki azadlığımız, gələcəyimiz, əmin-amanlığımız bir-birinə bağlıdır. Türkiyə Azərbaycandır, Azərbaycan Türkiyədir!”. 

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop isə vurğulayıb ki, Azərbaycan Türkiyənin olmadığı yerdə həmişə onların hüquqlarını layiqincə müdafiə edib.

Bundan başqa, Türkiyə parlamenti sədrinin müavini Levent Gök, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Ekrem İmamoğlu, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım, Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədr müavini Mövlud Karakaya, Ədalət və İnkişaf Partiyasının (AKP) parlamentdəki fraksiyasının sədr müavini Muhammet Emin Akbaşoğlu, tanınmış aktyor və şoumen Okan Bayülgen, modelyer və müğənni İvana Sert, müğənni Hakan Peker, bəstəkar-müğənni Mustafa Ceceli, futbol şərhçisi Tümer Metin, tanınmış aparıcı Seba Tümer, aktyor Selim Bayraqdar, müğənni Ebru Yaşar da Azərbaycan xalqını təbrik ediblər. 

Qeyd edək ki, Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam