Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Günün xəbəri

SOCAR-ın qayığındakı partlayışda yaralanan - 3 nəfərdən 2-nin vəziyyəti ağırdır

Xəzər dənizində SOCAR-ın geoloji kəşfiyyat qayığında baş verən partlayış zamanı xəsarət alan 3 nəfər Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.

Yenixeber.org: Hadisə nəticəsində xəsarət alanlardan 2-nin vəziyyəti ağır, 1 nəfərin isə vəziyyəti orta ağır qiymətləndirilir.

Yaralılarda əsasən bədənin ön səthinin, sifət nayihəsinin yanıqları, qəlpə yaraları xəsarətləri aşkarlanıb.

Hazırda yaralıların müalicə və müayinəsi davam edir.

Xatırladaq ki, oktyabrın 29-da saat 13.30 radələrində Gürgan qəsəbəsinin yaxınlığında dənizin dayaz hissəsində seysmik kəşfiyyat işlərində istifadə edilən partlayıcı maddəni təyinat nöqtəsinə aparan ekspedisiyanın qayığında partlayış baş verib.

Nəticədə şirkətin əməkdaşı Məmmədov Habil Gülməmməd oğlu həlak olub. Hadisə yerində olan Şirkətin əməkdaşları Vəliyev Azər Vaqif oğlu, Paşayev Bəhruz Rafiq oğlu və müqavilə əsasında xidmət göstərən qayıqçı Xəlilov Böyükağa Məmmədağa oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb və təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam