Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bolqarıstanın XİN rəhbəri İrəvanda:“Azərbaycanla əməkdaşlıq vacibdir”

Bolqarıstanın XİN rəhbəri İrəvanda: “Azərbaycanla əməkdaşlıq vacibdir”
"Azərbaycanla enerji sahəsində əməkdaşlıq Bolqarıstan üçün vacibdir".

Yenixeber.org: Bunu İrəvanda səfərdə olan Bolqarıstan xarici işlər naziri Yekaterina Zaxarieva mətbuat konfransında deyib. O bildirib ki, Azərbaycandan qazın alınması Bolqarıstan üçün böyük nailiyyət olacaq.
Bakı ilə Sofiya arasındakı razılığa əsasən, 2020-ci ilin əvvəlindən etibarən Azərbaycan Bolqarıstana ildə 1 milyard kubmetr qaz tədarük etməlidir.

Bolqarıstanın XİN rəhbəri regional münaqişələrə də toxunub. O deyib ki, Avropa İttifaqı üçün bölgədəki sabitlik, vətəndaşların rifahı və münaqişələrin həlli prioritet vəzifələrdir:

"Münaqişələrin həllinin yeganə yolu dinc dialoq yoludur. Bolqarıstan və bütövlükdə Avropa İttifaqı üçün Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prioritet məsələdir. Bildirmək istəyirəm ki, Avropa İttifaqının Cənubi Qafqaza xüsusi yanaşması var”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam