Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Azərbaycan-Bolqarıstan əlaqələri müzakirə edilib

Azərbaycan-Bolqarıstan əlaqələri müzakirə edilib
Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçiriləcək təntənəli iclasda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Bolqarıstan Milli Assambleyasının sədri xanım Tsveta Karayançeva ilə görüşüb.
 Yenixeber.org: Görüşdə Azərbaycan-Bolqarıstan əlaqələrinin inkişafından məmnunluq ifadə edilib, yüksək səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlığın genişləndirilməsi baxımından önəmi qeyd olunub.

Baş nazir Novruz Məmmədov Azərbaycan ilə Bolqarıstan arasında möhkəm dostluq əlaqələrinin olduğunu bildirərək bu münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayıb. 2015-ci ildə Prezident İlham Əliyevin Bolqarıstana rəsmi səfəri çərçivəsində ölkələrimiz arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalandığını xatırladan Novruz Məmmədov deyib: “Bu gün Azərbaycan ilə Bolqarıstan arasında siyasi münasibətlər yüksək səviyyədədir. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlıq edirlər. Əlbəttə ki, parlamentlərarası əməkdaşlıq da əlaqələrimizin genişlənməsində mühüm rola malikdir”.

Azərbaycan-Bolqarıstan iqtisadi-ticari əməkdaşlığından danışan Baş nazir Novruz Məmmədov cari ilin 8 ayı ərzində ölkələrimiz arasında ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artdığını diqqətə çatdırıb. Baş nazir bu ilin noyabrında Azərbaycan-Bolqarıstan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın Sofiyada keçiriləcək növbəti iclasında bir sıra mühüm məsələlərin müzakirəsinin nəzərdə tutulduğunu bildirib.

Bolqarıstan Milli Assambleyasının sədri Tsveta Karayançeva Novruz Məmmədovu Baş nazir vəzifəsinə təyin olunması və Azərbaycan parlamentinin 100 illiyi münasibətilə təbrik edib, dəvətə görə minnətdarlığını bildirib.

Tsveta Karayançeva deyib ki, Azərbaycan-Bolqarıstan əlaqələrinin inkişafında ölkə parlamentlərinin qarşılıqlı fəaliyyəti mühüm rola malikdir. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsinin əhəmiyyətli hadisə olduğunu qeyd edən Tsveta Karayançeva Bolqarıstanın da bu layihəyə böyük maraq göstərdiyini vurğulayıb.

Söhbət zamanı “Cənub Qaz Dəhlizi” layihəsinin xüsusi əhəmiyyəti qeyd edilib, Yunanıstan-Bolqarıstan interkonnektorunun tikintisi məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Görüşdə kənd təsərrüfatı, yeyinti sənayesi, sərmayə qoyuluşu, birgə infrastruktur layihələrinin icrası, turizm və humanitar sahələrdə əməkdaşlıq imkanları, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam