Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Bakı Metropoliteni"nin -bütün stansiyalarının rəisləri və müavinləri dəyişib

"Bakı Metropoliteni" QSC-nin stansiyalarının rəislərinin yerləri dəyişib. 

Yenixeber.org:  Bu barədə qurum rəisi Zaur Hüseynov əmr imzalayıb. Onların bəzilərinin adları məlum olub.

Z.Hüseynovun əmrinə əsasən, metronun "Şah İsmayıl Xətai" stansiyasının rəisi Cümşüd Cəfərov vəzifəsindən azad edilərək "Sahil" stansiyasına, "Neftçilər" stansiyasının rəisi Dəyanət Dadaşov isə vəzifəsindən azad edilərək "Şah İsmayıl Xətai" stansiyasına rəis təyin edilib. Bundan əlavə, "Sahil" stansiyasının rəisi Yusif Şabanov "Nizami" stansiyasına rəis kimi transfer olunub. 

"Əhmədli" stansiyasının rəisi Vidadi İbrahimov vəzifəsindən azad edilərək "28 May" stansiyasının rəisi təyin edilib. Metronun "Memar Əcəmi 2" stansiyasının rəisi Faiq Həsənovla "Avtovağzal" stansiyasının rəisi Seyfulla Vəliyev öz aralarında yerlərini dəyişiblər. "Bakmil"in rəisi Əlişan Ağayev "Memar Əcəmi" stansiyasına, "Memar Əcəmi" stansiyasının rəisi Sərdar Babayev isə "Bakmil"ə rəis təyin edilib.

Həmçinin "28 May" stansiyasının rəis müavini Zəfər Əhmədov "Sahil" stansiyasında eyni vəzifəyə təyinat alıb. "Nizami" stansiyasının rəis müavini "28 May" stansiyasına müavin gətirilib.

Qeyd edək ki, yerdəyişmə ilə bağlı məsələlərə “Bakı Metropoliteni” aydınlıq gətirməyib.

Xatırladaq ki, “Bakı Metropoliteni”nin 25 stansiyası var.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam