Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Əlahiddə Ümumqoşun Orduda komandir hazırlığı toplantısı keçirilib - VİDEO

“Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının 2019-cu tədris ilinə uzlaşdırma planı”na əsasən komandir hazırlığı toplantısı keçirilib.

Yenixeber.org: Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Tabor, divizion komandirləri və müavinləri ilə keçirilən toplantıda əsas məqsəd zabitlərin sülh və müharibə şəraitində komandir keyfiyyətlərinin əsasını təşkil edən mənəvi-psixoloji dayanıqlığına nail olunması və bölmələri idarəetmə bacarıqlarının təkmilləşdirilməsi olub.

Toplantıda kəşfiyyat hazırlığından maneələr zolağının dəf edilməsi, taktiki hazırlıqdan tanklarla mübarizə qaydaları və psixoloji zolağın dəf edilməsi, topoqrafiya hazırlığından ərazidə azimutla hərəkət, rabitə hazırlığından radiostansiyanın işə salınması, atəş hazırlığından müxtəlif çaplı silahlardan və tankəleyhinə vasitələrdən praktiki atışlar yerinə yetirilib.

Toplantı çərçivəsində keçirilən nümayiş məşğələdə şərti düşmənin kəşfiyyat-diversiya qrupuna qarşı mübarizə aparılması və hakim yüksəkliyin ələ keçirilməsi praktiki olaraq göstərilib.

Toplantının yekununda bildirilib ki, zabitlərin bölmələrdə taktiki təlimlərin hazırlanması, ictimai-siyasi hazırlıq məşğələlərinin keçirilməsi və hərbi intizamın möhkəmləndirilməsi üzrə nəzəri bilikləri yoxlanılıb. Məqbullar götürülən zaman tabor, divizion komandirləri və müavinləri komandir hazırlığından yüksək nəticə göstəriblər.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam