Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Naxçıvan Qarnizonu qoşunlarında toplantı -Video

 

Naxçıvan Qarnizonu qoşunlarında şəxsi heyətlə iş üzrə komandir müavinləri ilə təlim-metodiki toplantı keçirilib.

Yenixeber.org: Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hərbi qulluqçuların mənəvi-psixoloji hazırlığının yüksəldilməsi işində şəxsi heyətlə iş üzrə zabitlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi, ixtisas hazırlığı səviyyəsinin yoxlanılması məqsədilə keçirilən toplantıda əsas diqqət fərdi-psixoloji xüsusiyyətlərinin öyrənilməsinə yönəlib.

Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun, Dövlət Təhlükəsizliyi Xidmətinin, Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin, Naxçıvan Müəllimlər İnstitutunun və Naxçıvan Qarnizonu Təhqiqat Xidmətinin toplantıda iştirak edən nümayəndələri müxtəlif mövzularda çıxışlar ediblər.

Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində keçirilən toplantıda ictimai-siyasi hazırlıq üzrə məşğələlər keçirilib, hərbi vətənpərvərlik mövzusunda filmlər nümayiş etdirilib və ixtisas hazırlığından məqbullar götürülüb.

Zabitlərin ixtisas hazırlığı və idarəetmə bacarıqları komandanlıq tərəfindən yüksək qiymətləndirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam