Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Hansı jurnalistlər mükafatlanacaq?

 

Mətbuat Şurasının sədri Əflatun Amaşov ölkə başçısının ötən gün imzaladığı sərəncama əsasən milli mətbuatın 140 illiyində jurnalistlərin hansı kriteriyalara əsasən mükafatlandıralacağı məsələsinə münasibət bildirib. 

 

"Xeberinfo.com":   Məlumata görə,  Ə. Amaşov Qafqazinfoya açıqlamasında bildirib ki, Azərbaycan mətbuatının inkişafında əhəmiyyətli rol oynamış jurnalistlər mükafatlandırılcaq: “Hələ ki, sərəncam yeni verilib. Kriteriyaların başlıca meyarı ondan ibarət olmalıdır ki, həmin insanlar medianın inkişafında önəmli xidmət etmiş olsunlar. Elə insan var ki, uzun müddətdir ki, jurnalistikada fəaliyyət göstərir, amma töhfələri az olur, eləsi də var ki, az müddətdə fəaliyyət göstərməsinə baxmayaraq medianın inkişafında əməyi çoxdur. Əlbəttə, belə meyarlar yəqin ki, nəzərdə tutulacaq. Sərəncamda da qeyd edilir ki, jurnalist təşkilatları, redaksiya nümayəndələri adları təqdim edə bilərlər. Biz MŞ-ya daxil olan müraciətlər əsasında konkretləşdirib siyahını PA-ya  təqdim edəcəyik. Adın verilməsi isə ölkə rəhbərliyi səlahiyyətinə aiddir”.

Eyni zamanda Ə. Amaşov vurğulayıb ki, sərəncamda da qeyd edildiyi kimi, KİVDF və Mətbuat Şurası ölkə üzrə tədbirlər keçirməlidir: “Yəni artıq Milli Mətbuataın bayramı yalnız Bakını yox, bütün ölkəni əhatə edəcək. Bu kifayət qədər önəmlidir. Həmin yubiley tədbirlərində mərkəzi qəzetlərin nümayəndələri ilə yanaşı, regionda fəaliyyət göstərən KİV nümayəndələri də iştirak edəcək”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam