Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

ƏRƏB BİRLİYİNDƏN TÜRKİYƏYƏ TƏPKİ: "Suriyadakı yeni əməliyyat qəbuledilməzdir"

Ərəb Birliyi ölkələri Türkiyənin Suriyanın şimalında apardığı “Barış pınarı” əməliyyatına qarşı çıxıb.

Yenixeber.org: Ərəb Birliyi Türkiyənin öz sərhədləri yaxınlığında terror dəhlizini məhv etmək və sonradan suriyalı qaçqınları həmin təhlükəsiz ərazilərə köçürmək üçün başlatdığı əməliyyatı qəbuledilməz sayıb: “Təşkilat bununla bağlı oktyabrın 12-də toplanacaq”.

Bu barədə açıqlama verən Ərəb Birliyi sədrinin köməkçisi Hüsam Zəki yazılı açıqlama yayaraq, bildirib ki, oktyabrın 12-də keçiriləcək toplantının gündəliyi də üzv dövlətlərlə razılaşdırılıb: “Toplantıda Türkiyənin Suriyaya yeni əməliyyatı ciddi müzakirə olunacaq, birliyin mövqeyi konkret formada bəyan olunacaq. Çünki Türkiyənin bu əməliyyatı qəbuledilməzdir”.

Xatırladaq ki, ötən gün Misir Xarici İşlər Nazirliyi bəyanat yayaraq, Türkiyənin “Barış Pınarı” əməliyyatını pisləyib. Qurum, eyni zamanda, Ərəb Birliyinə müraciət edərək, təcili fövqəladə toplantı keçirməyi tələb edib.

Bu arada isə dünəndən Türkiyə Ordusu Suriyada “Barış pınarı” əməliyyatına start verib.

Bu gün Milli Müdafiə Nazirliyi quru qoşunlarının da artıq terror dəhlizinə daxil olaraq, əməliyyata başladığını elan edib: “Bütün terror hədəfləri nəzarətimiz altındadır, əməliyyat uğurla davam edir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam