Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Gözlər Soçidə: Putin nəyi müzakirə edəcək? - TƏHLİL

 

Azərbaycan prezidenti İlham Əliyev 30 sentyabr-3 oktyabr tarixlərində Soçidə keçiriləcək Valday Beynəlxalq Müzakirə Klubunun XVI illik toplantısı çərçivəsində bu ölkəyə səfər edəcək.

Yenixeber.org:  Ölkə rəhbəri oktyabrın 3-də rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək. Bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Artıq bütün diqqətlər bu görüşə yönəlib. Bu da səbəbsiz deyil. Belə ki, görüşü mühüm edən bir çox səbəblər var. Burada ən vacib məsələ oktyabrın 1-də Rusiya prezidentinin Avrasiya İqtisadi Birliyinin sammitində iştirak etmək üçün İrəvana gözlənilən səfəridir. Putin Ermənistanın baş naziri Nikol Paşinyanın ayrıca, ikitərəfli görüş təklifini rədd edib. Əvəzində Ermənistana səfərindən iki gün sonra Azərbaycan prezidenti ilə görüşür. Ekspertlər bunu daha çox Kremlin rəsmi Bakıya jesti kimi qələmə verirlər. Bundan əlavə, bugünlərdə Amerikada səfərdə olan erməni baş nazirə dirsək göstərildi. Görünən odur ki, ABŞ Paşinyanın ikili oyunlarına bu cür mövqe sərgiləyir. Bu amil də Soçi görüşünün əhəmiyyətini artırır. Bu görüşdə hansı məsələnin əsas müzakirə mövzusu olacağı indidən əsas müzakirələr sırasındadır. Bəzi ekspertlər hesab edirlər ki, Dağlıq Qarabağ problemində kontrolunu əldə saxlayan Rusiya bu münaqişənin həlli üçün yeni bir plan hazırlayır. Həmin planın Soçi görüşündə müzakirə ediləcəyi istisna olunmur.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Yeni Müsavat”da məsələyə bu cür aydınlıq gətirdi: “İndiki vəziyyətdə Ermənistanın Rusiya ilə yaşadığı gərginlikləri görürük. Bununla əlaqədar sübutlar və faktlar göstərmək olar. Eyni zamanda görürük ki, Qərbin ən vacib, nüfuzlu sayılan dövləti olan ABŞ Ermənistanın cəhdlərinə çox soyuq münasibət göstərir. Bunun da səbəbi odur ki, Paşinyan administrasiyası iki stul üstündə eyni zamanda oturmaq istəyir. İstəyirlər ki, təhlükəsizlik qarantiyasını Rusiyadan, siyasi dəstəyi isə Qərbdən alsınlar. Təbii ki, bunu Rusiya qəbul etməz. Qərb isə hər şeydən məlumatlı olduğu halda niyə də qəbul etsin? İndiki vəziyyət xarici və daxili sistemin düzgün qurulmamasının nəticəsidir. Azərbaycan-Rusiya prezidentlərinin gözlənilən görüşünə gəlincə, bundan öncə də görüş planlaşdırıldı və hansısa səbəblərə görə baş tutmadı. Prezidentlərin indi planlaşdırılan görüşü onu göstərir ki, artıq bir neçə məsələ var ki, onun ən yüksək səviyyədə müzakirəsi lazımdır. Hamımız başa düşürük ki, əsas məsələlərdən biri Ermənistan-Azərbaycan konfliktindən irəli gələn məsələdir. Problemlərin nədən ibarət olduğu barədə izah çox uzun çəkə bilər. Amma biz ehtimal etsək, hesab edirəm səhv etmərik ki, əsas problemlərdən biri indiki vəziyyətdir. Azərbaycanın bu məsələyə reaksiyası və gələcəkdə Rusiyanın bu məsələlərə, mümkün olan məsələlərə münasibəti müzakirə predmeti olmalıdır. Biz bir şeyi qeyd edə bilərik ki, dövlət başçımız Paşinyanın bəyanatına demək olar, reaksiya vermədi. Bu, təbii ki, diplomatik bir sübutdur. Hesab edirəm bununla imkan verilir ki, bu mövzuya aid ilk növbədə, prosesdə iştirak edən digər oyunçular münasibətlərini bildirsinlər. Bu cavab, Azərbaycanın buna rəsmi münasibəti müxtəlif kontaktlardan, o cümlədən Rusiya təmaslarından sonra daha müəyyən və daha konkret ola bilər. Bölgədə əsas problem Ermənistan-Azərbaycanda konfliktində yaranmış vəziyyətdir. Ermənistan rəhbərliyinin bölgəni müharibəyə və hərbi əməliyyatların bərpasına çəkməsi əsas mövzulardan biridir. Bu, bizim üçün də, siyasətçilər üçün də bəllidir. İlham Əliyevlə Putinin görüşündə əsas mövzulardan biri bu olacaq”.

Sabiq nazir Putinin Paşinyanın görüş təklifini rədd etməsinə və İlham Əliyevlə baş tutacaq görüşənə də münasibət bildirdi: “Paşinyanın nə etmək istədiyi barədə müxtəlif yerlərdə siyasətçilər və şərhçilər fərqli fikirlər söyləyirlər. Azərbaycan mediasında da belədir. Paşinyanla Putinin görüşü nəyə lazımdır? Hansısa bir tərəf digər tərəfin mövqeyini aydınlaşdırmaq, yaxud hansısa suallara cavab almaq üçün bu görüşü istəyir və keçirir. Paşinyanla görüşə rədd cavabının verilməsi, rəsmi imtina olması bir növ siyasi jestdir. Amma eyni zamanda bu, onu göstərir ki, sual olunan məsələlər qalmasın. Tərəflər üçün hər şey bəllidir - ilk növbədə də Rusiya rəhbərliyi üçün. Görünür Putin hansısa mövzuya aid Paşinyanın rəyini eşitmək istəmir. Bu siyasi, mənalı bir jestdir. Hansısa kontaktlar, söhbətlər ola bilər. Bunu istisna etmirəm. Bu da normal bir şeydir. Çünki Paşinyan hər bir vasitə ilə istifadə edəcək ki, bu və ya digər istənilən mövzuları müzakirə etsin. Amma ictimaiyyətə göstərilən bu cür münasibət nadir hallarda olur. Haradasa problemlər olanda siyasətçilər çalışırlar ki, bu problemi həll olunana qədər gizlətsinlər ki, bu və ya digər variantları sınaqdan keçirsinlər, hansısa bir nəticələrə nail olsunlar. Amma bu şəkildə olması nadir hallarda baş verir. Sadəcə olaraq, bu, nəinki partnyora hansısa bir siqnal çatdırma, eyni zamanda ictimaiyyətə hansısa siqnal çatdırmağın vacibliyini göstərir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam