Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

AMEA-da “CİDDİ İSLAHATLAR” gözlənilir –Bu idarə ləğv olunacaq

 


trend_amea_main

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) struktur dəyişikliyi aparılır. 

Yenixeber.org: Redaksiyamıza daxil olan məlumata görə, yaxınlarda AMEA-nın Mətbuat və informasiya idarəsi ləğv olunacaq və akademiyada ixtisarlar olacaq.

Məlumatda bildirilir ki, akademiyanın Mətbuat və informasiya idarəsinin ləğv olunacağını əməkdaşlara Kadrlar və hüquqi təminat şöbəsinin müdiri Rzaqulu Hacıyev deyib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin yanvarında imzaladığı Fərmanda Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan (tabeliyindəki) elm, elmi-tədqiqat, araşdırma, ixtisasartırma və digər bu kimi sahələrlə məşğul qurumların (institut, mərkəz, təhsil müəssisəsi və s.) fəaliyyətində səmərəliliyi artırmaq və onların idarə edilməsini təkmilləşdirmək üçün təkliflər hazırlanması məqsədilə İşçi Qrup yaradılması haqqında xüsusi bənd var. Fərmana əsasən, təkliflər 6 ay müddətinə Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməlidir.

Görünür, AMEA rəhbərliyi də ən lazımsız qurum kimi mətbuat və informasiya idarəsini müəyyən edib. Nə deyəsən, “ciddi islahatdır” .


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam