Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İranın BMT-dəki səfiri: "ABŞ təzyiq siyasətindən əl çəkməlidir"

“ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun vəzifəsindən azad edilməsi Vaşinqtonla Tehran arasında danışıqların bərpasına kömək etməyəcək”.

Yenixeber.org:   Bu barədə İranın BMT-dəki səfiri Məcid Təxte Rəvançi deyib.

O bildirib ki, C. Boltonun ABŞ Prezidenti Donald Tramp administrasiyasından getməsi, İranı ABŞ-la müzakirələrə yenidən baxmağa vadar etməyəcək.

Səfirin sözlərinə görə, İrana qarşı sanksiyaların qüvvədə olduğu müddətdə ABŞ-la danışıqlar aparılmayacaq.

“ABŞ İrana qarşı maksimum təzyiq siyasətindən əl çəkməlidir. İranın nüvə sazişindəki öhdəlikləri digər tərəflərlə mütənasibdir, əgər lazım gələrsə, biz əlavə addımlar atacağıq”, – deyə Məcid Təxte-Rəvançi vurğulayıb.

Qeyd edək ki, ötən gün ABŞ Prezidenti Donald Tramp xidmətlərinin artıq lazım olmadığını söyləyərək, Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonu vəzifəsindən azad edib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam