Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İcra Hakimiyyətindən açıqlama:“Reklamdan başqa bir şey deyil”

 

“İndiki halda belə bir sorğunun keçirilməsi reklamdan başqa bir şey deyil”. 

 

"Xeberinfo.com":  Məlumata görə, bunu “Qafqazinfo”ya açıqlamasında YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev bir qrup şəxsin Cavad xanın heykəlinin qoyulması ilə bağlı ölkənin birinci xanımı Mehriban Əliyevaya müraciəti xəbərinə münasibət bildirərkən deyib:

 

“Bu sorğunun keçirilməsi Moskvadan idarə olunur. Cavad xanın heykəlinin Gəncə şəhər icra hakimiyyəti tərəfindən ucaldılması məsələsinə hələ 2 il bundan əvvəl başlanılıb. Artıq bütün işlər görülüb. Onların heç Cavad xan haqqında, Gəncə şəhərinin sakinləri adından belə danışmağa haqları yoxdur. 

 

Naqif Həmzəyev artıq sözügedən heykəlin yerinin də müəyyən edildiyini bildirib:

 

“Cavad xanın heykəlinin Gəncə şəhərinin girişində ucaldılması cənab prezidentin diqqət və qayğısı nəticəsində reallaşacaq. Heykəl hazırdır və Gəncənin girişində qoyulması qərara alınıb. Bu sorğu isə arxadan atılan daş kimidir. Arxadan atılan daş isə topuğa dəyər. Onlar həmin sorğu ilə insanları çaşdırmaqdan başqa bir iş görməyiblər”.

 

Qeyd edək ki, Gəncə şəhərinin sakinləri Cavad xana heykəl qoyulması təşəbbüsü ilə kampaniyaya başlayıblar. Bunun üçün sosial şəbəkələrdə qruplar yaradılıb, imzalar toplanılaraq ölkənin birinci xanımı, millət vəkili Mehriban Əliyevaya müraciət ünvanlanıb. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam