Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Millət vəkili Fransa dövlətinə başsağlığı verdi

 

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı “Çarli Hebdo” (“Charlie Hebdo”) redaksiyasında törədilən terrorla bağlı Fransa dövlətinə və xalqına başsağlığı verib.

"Xeberinfo.com":  Məlumata görə, başsağlığı məktubunda bildirilir:


" Fransanın paytaxtı Paris şəhərində “çarli Hebdo” (“Charlie Hebdo”) redaksiyasına terrorçuların hücum etməsi və 12 nəfərin qətli bütün Azərbaycan vətəndaşları kimi məni də dərindən sarsıtmışdır.

Öldürülənlərdən 8 nəfərinin jurnalist olması isə bir yazar və keçmiş qəzetçi olaraq bu faktı mənim üçün həm də mənəvi baxımdan ikiqat sarsıdıcı etdi. 

Dünyada heç bir rejim, heç bir silah söz azadlığını təhdid edə bilməz. Söz müqəddəsdir və onun təhdidi bütün dünya ziyalılarına, söz adamlarına, demokratik dəyərlərə yönəlmiş hücumdur. Bu baxımdan Fransada jurnalistlərin qətli təkcə Fransa xalqına deyil, bizim hər birimizə qarşı yönəlmiş vəhşilikdir. 

Azərbaycan erməni terroru ilə üz-üzə olan, onun faciələrini dəfələrlə yaşayan bir ölkədir və mən bu dəhşətin miqyasını və ağrısını çox gözəl anlayıram. Ona görə də bu ağır günlərdə Sizin dərdinizi bölüşdüyümü, bu faciəni öz faciəm bildiyimi nəzərinizə çatdırır, Sizin simanızda ölənlərin yaxınlarına və bütün Fransa xalqına dərin hüznlə başsağlığı verirəm".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam