Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Fransalı terrorçudan şok açıqlama

 

"Onlar "Charlie Hebdo"ya cavabdeh idilər, mən isə polislərə" 

 

"Xeberinfo.com":  Məlumata görə, supermarketdə iyirmi nəfərədək insanı girov götürən fransalı terrorçu Amedi Kulibali ölümündən qabaq İŞİD-in üzvü olduğunu etiraf edib. 

Terrorçu zərərsizləşdirilməmişdən əvvəl jurnalistlərə önəmli açıqlamalar verib. O, "Charlie Hebdo" redaksiyasına silahlı basqın edərək 12 nəfəri qətlə yetirən Kuaşi qardaşları ilə nəinki tanış olduğunu, hətta öz hərəkətlərini onlarla əlaqələndirdiyini bildirib.

BFM TV əməkdaşları xüsusi xidmət qrupunun əməliyyatına yarım saat qalmış cinayətkarla telefon əlaqəsi yaratmağa müvəffəq olublar. Kulibali reportyorlara açıqlamasında deyib ki, onun Fransadasakı fəaliyyətini amerikalı radikal imam Ənvər əl-Əvlaki maliyyələşdirib. Adıçəkilən imam son illərini Yəməndə yaşayıb. ABŞ 2010-cu ildə əl-Əvlakini bir nömrəli terrorçu elan etmişdi, bir ildən sonra isə "əl-Qaidə" silahlılarının Yəmən hökuməti ilə qarşıdurmasında həlak olmuşdu. 

Amedi Kulibaki Səid və Şərif Kuaşi qardaşları ilə əlaqələri barədə konkret bunları söyləyib: "Onlar "Charlie Hebdo"ya cavabdeh idilər, mən isə polislərə".

Jurnalistlər qeyd edirlər ki, iki dəqiqə davam edən dialoq müddətindən terrorçu çox sakit olub və bu danışığa əvvəlcədən hazırlaşmış kimi bütün suallara cavab verib.

Qaradərili fransız, 32 yaşlı Amedi Kulibaki dünən - 9 yanvarda Parisdə supermarketdə insanları girov götürərək Kuaşi qardaaşlarının azadlığını tələb edib. Əməliyyat zamanı terrorçu öldürülüb. Lakin o, zərərsizləşdirilənə qədər 3 girovu öldürməyə fürsət tapıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam