Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

MN: Düşmən kəşfiyyatçıları ordumuzun döyüş sayıqlığı haqqında məlumat toplamaq üçün...

"Azərbaycan Respublikası ərazisinin bir hissəsinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğu bir dövrdə Azərbaycan Ordusunun hərbi hissələri düşmənlə bilavasitə təmas vəziyyətində döyüş mühafizəsi və döyüş növbətçiliyi xidmətlərini aparır və torpaqlarımızın düşməndən etibarlı müdafiəsi kimi şərəfli və eyni zamanda çox çətin bir vəzifəni yerinə yetirir". 

Yenixeber.org: Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, həmin hərbi hissələrin şəxsi heyətində yüksək döyüş hazırlığı, möhkəm nizam-intizam, öz postunda ayıq-sayıq xidmət aparmaq, qorxmazlıq, düşmənə nifrət, öz silahına, komandirlərinə inam kimi döyüşçü keyfiyyətlərinin tərbiyə olunmasını tələb edir: "Döyüş mühafizəsi və döyüş növbətçiliyinə təyin olunan bölmənin, hər bir hərbi qulluqçunun əsas vəzifələrindən biri də təhkim olunmuş döyüş və digər texnikanın, silahların, avadanlıqların həmişə saz, döyüş tapşırıqlarının yerinə yetirilməsinə hazır vəziyyətdə saxlanılmasıdır. Döyüş mühafizəsinə təyin olunan hərbi qulluqçu hər hansı bir ekstremal şəraitdə vəzifə borcunu yerinə yetirməyə özünü hazırlamalıdır". 

Qeyd olunub ki, düşmən kəşfiyyatçıları Azərbaycan Ordusunun döyüş sayıqlığı və qoşunların yerləşdiyi məntəqələr haqqında məlumat toplamaq üçün hər cür vasitələrə əl atırlar: "Daxili xidmətə təyin olunmuş hərbi qulluqçularla iş aparılarkən yataqxanada, döyüş maşınları parkında, yeməkxanada, hərbi şəhərciyin ərazisində nizamnamə qaydalarına əməl edilməsinə onların cavabdehliyi xüsusi qeyd olunur, lazımi təlim məşğələsi keçirilir və bu məşğələdə yerli şəraitə uyğun yüksək sayıqlıq və döyüş hazırlığını təmin edən amillər öyrənilir. İndiki dövrdə qarovul xidmətinin, döyüş mühafizəsinin və döyüş növbətçiliyinin xüsusi əhəmiyyət kəsb etməsi məşğələdə dinləyicilərə çatdırılmalıdır. Bu isə ondan irəli gəlir ki, düşmən kəşfiyyatçıları ordumuzun döyüş sayıqlığı və qoşunların yerləşdiyi məntəqələr haqqında məlumat toplamaq üçün hər cür vasitələrə əl atırlar".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam