Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

UNESKO-nun baş direktoru Azərbaycana təşəkkür etdi

 

UNESKO-nun baş direktoru Azərbaycana təşəkkür etdi
UNESKO-nun baş direktoru Odre Azule Azərbaycan hökumətinə Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının keçirilməsi ilə bağlı təşəkkür məktubu göndərib.
Yenixeber.org: Mədəniyyət Nazirliyindən verilən məlumata görə, məktubda Azərbaycanın UNESKO-nun bu nüfuzlu tədbirinə yüksək səviyyədə ev sahiblik etdiyi bildirilib və Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına hazırlıq prosesi, sessiyanın təşkili, iclasların effektiv idarə edilməsinə görə minnətdarlıq ifadə olunub.

Baş direktor Bakıya səfəri zamanı Qobustan qoruğunu ziyarət etməkdən zövq aldığını da xüsusi qeyd edib: “Mən şəxsən Qobustanın timsalında Azərbaycanın zəngin mədəni irsini kəşf etməkdən, Azərbaycan Hökumətinin və Mədəniyyət Nazirliyinin bu məkanın qorunub saxlanılmasında, təbliğində nümayiş etdirdiyi səylərə şahidlik etməkdən xüsusilə məmnun oldum”.

Məktubda həmçinin Azərbaycan Respublikasının Mədəniyyət naziri 19 noyabr 2019-cu il tarixində UNESKO tərəfindən təşkil olunacaq Ümumi Konfransın 40-cı sessiyası öncəsi Mədəniyyət Nazirləri Forumunda iştiraka dəvət olunub.

Baş direktorun məktubu bu fikirlərlə bitir: “Mən Bakını UNESKO və Azərbaycan arasında dinamik inkişaf edən münasibətlər fonunda tərk etdim və bu, məni çox məmnun etdi. Bir daha əmin oldum ki, Sizin dəstəyinizə daim etimad edə bilərəm”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam