Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Boeing""737 MAX" təyyarələrinin istehsalını dayandıra bilər

Amerikanın "Boeing" şirkəti aviatənzimləyici cari ilin sonunadək "Boeing 737 MAX" təyyarələrinin istismarının bərpa olunmasını təsdiq etməyəcəyi təqdirdə, bu tip təyyarələrin istehsalını dayandıra bilər.

Yenixeber.org: Bu barədə çərşənbə günü şirkət rəhbəri Dennis Melenberqə istinadən "The Wall Street Journal" nəşri yazıb.

Melenberq çərşənbə günü "Boeing"in bu ilin II rübü üçün hesabatının dərc edilməsindən sonra analitiklərin suallarını cavablandırıb. Şirkət rəhbəri 2020-ci ildə "737" seriyalı təyyarələrin aylıq istehsal həcminin hazırkı 42 ədəddən 57-ə qədər artırılmasının planlaşdırıldığını bildirib. Lakin "737 MAX" təyyarələrinin ABŞ-da istismarının bərpa olunmasının təxirə salınması istehsalın azalmasına gətirib çıxaracaq.

"Biz ola bilsin ki, MAX-ın istehsalının müvəqqəti dayandırılması da daxil olmaqla, sürət və ya digər seçimləri azaldacağıq", - deyə qəzet Melenberqin sözlərini sitat gətirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam