Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Ağsaqqallar Şurasının sədri -Milli Mətbuat günü münasibətilə jurnalistləri təbrik edib

Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov 22 iyul Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edib.

Yenixeber.org: Bu barədə millət vəkili təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir:

"Əziz media nümayəndələri, hörmətli jurnalistlər! Bu gün sizin peşə bayramınızdır!

22 iyul tarixi Azərbaycan Respublikası Milli mətbuat və Jurnalistika günü kimi qeyd olunur. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş söz və mətbuat azadlığının təmin olunması, kütləvi informasiya vasitələrinin müstəqilliyinin təmin edilməsi, Azərbaycanda mediaya dövlət dəstəyi siyasəti bu gün Azərbaycan prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Bu gün azad mətbuatımızın azad söz insanları informasiya müharibəsində şərəflə mübarizə aparır, geniş fəaliyyət göstərirlər.

Azərbaycan jurnalistikası bu gün çox güclüdür, onun fəaliyyət dairəsi daha genişdir. Çünki Azərbaycan mediası bu gün dövlət qayğısıyla əhatələnib.

Söz, mətbuat işi zəhmətli, şərəfli işdir. Şərəfli işdir ona görə ki, müstəqil Azərbaycanımızın artıq dünya dövlətləri arasında özünəməxsus yeri var və dövlətimiz sülh, əmin-amanlıq, inkişaf beşiyidir. Mətbuatımız bu dəyərləri dünyaya yayır, təbliğ edir.

Əziz media nümayəndələri, dəyərli jurnalistlər!

Sizlərin rəhbəri olduğum Azərbaycan Ağsaqqallar Şurasının bütün üzvləri adından peşə bayramınızı təbrik edir, sizə bu şərəfli işdə uğur və nailiyyətlər arzulayıram".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam