Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Yay Olimpiya Festivalında -41 təcili yardım briqadası işləyəcək

Yay Olimpiya Festivalında 41 təcili yardım briqadası işləyəcək
Səhiyyə naziri Oqtay Şirəliyev 15-ci Avropa Gənclər Yay Olimpiya Festivalı ilə bağlı əmr imzalayıb. 

Yenixeber.org:  Nazirlikdən verilən məlumata görə, əmrdə 15-ci Avropa Gənclər Yay Olimpiya Festivalı keçiriləcəyi dövrdə, müəyyən olunmuş yerlərdə 41 Təcili Tibbi Yardım briqadalarının növbə çəkəcəkləri qeyd edilib.
Bu, ayın 29-na qədər davam edəcək. Bundan əlavə bu tədbirə səhiyyə sisteminin 270 tibb işçisi də cəlb olunub. Bura poliklinikalardan və xəstəxanalardan olan mütəxəssislər daxildir ki, onlar yarışlar keçirilən yerlərdə yaradılan tibb məntəqələrində növbə çəkəcəklər. Əgər yarış iştirakçılarından yaxud yarışları seyr etməyə gələn tamaşaçılardan kiminsə hospitalizasiyaya ehtiyacı olsa, onlar təcili tibbi yardım briqadaları tərəfindən diaqnozlarından asılı olaraq Kliniki Tibbi Mərkəz, Elmi Tədqiqat Travmatologiya İnstitutu və Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdiriləcəklər. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam