Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Səhiyyə naziri əmr imzalayıb

 

 

Səhiyyə naziri Oqtay Şirəliyev bu il Bakıda keçirilməsi planlaşdırılan Velosiped idmanının “BMX Racing” növü üzrə dünya çempionatında tibbi xidmətlərin təşkilinə dair əmr imzalayıb

 

Yenixeber.org: Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əmrdə BMX (Velopark) stadionunda tibb məntəqəsinin yaradılması və yarış zamanı tibb xidmətlərinin göstərilməsi, çempionat iştirakçılarının, qonaqların yaşayacaqları yerlərdə təcili tibbi yardım maşınlarının növbətçiliyini təmin edilməsi kimi tapşırıqlar əks olunub.

Həmçinin, çempionatın keçiriləcəyi müddət ərzində ehtiyac olduğu halda çempionat iştirakçılarının və qonaqların hospitalizasiyasını Bakı şəhər Kliniki Tibbi mərkəzində yerləşdirilməsi, digər tibb müəssisələrinə müraciət olunan zaman çempionat iştirakçılarına və qonaqlara yüksək səviyyəli tibbi yardımın göstərilməsi, nümayəndə heyətləri üçün nəzərdə tutulmuş mehmanxanalarda sanitariya-gigiyena qaydalarına əməl olunmasına nəzarətin artırılması, stadionda tibbi xidmətlərin göstərilməsi üçün avadanlıq, tibbi ləvazimatların təminatı və təşkilinə dair tapşırılar verilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam