Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

TRAMP QƏFİLDƏN İRAQA GƏLDİ –FOTOLAR

ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların İraqda yerləşdirilmiş hərbi qüvvələrini ziyarət etmək üçün İraqa gözlənilmədən səfər edib.

Yenixeber.org: “Amerikanın Səsi” xəbər verir ki, ABŞ prezidentinin təyyarəsi Bağdad yaxınlığındakı Əl-Əsəd hərbi bazasında enib.

“Prezident Tramp və birinci xanım hərbi qüvvələrimiz və yüksək rütbəli rəhbərliyə göstərdikləri xidmətə, nailiyyətlərinə və verdiyi qurbanlara görə təşəkkür etmək və Milad bayramı münasibətilə ən xoş arzularını çatdırmaq üçün Milad gecəsi İraqa səfər ediblər” – deyə, Ağ Evin mətbuat katibi Sara Sanders “Twitter” sosial şəbəkəsində yazdığı mesajında bildirib.

Bu, prezident Trampın münaqişə zonasına etdiyi ilk səfərdir. ABŞ prezidentinin İraqa gözlənilmədən səfəri onun Birləşmiş Ştatların hərbi qüvvələrinin Suriyadan çıxarılacağını elan etməsindən bir neçə gün sonraya təsadüf edir.

Tramp hakimiyyətə gəldiyi vaxtdan ABŞ-ın münaqişə zonalarında yerləşdirilmiş hərbi qüvvələrini ziyarət etmədiyinə görə dəfələrlə tənqidlərə məruz qalmışdı.

Hazırda İraqda hərbi əməliyyatlar aparılmasa da, ABŞ hərbçiləri İŞİD-ə qarşı mübarizə aparan İraq hərbi qüvvələrinə təlim verir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam