Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Azərbaycanlı alim vəfat etdi

Azərbaycanlı alim vəfat etdi

 

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktoru, biologiya elmləri doktoru, professor Siddiqə Rza qızı Məmmədova 2017-ci il avqustun 5-də 93 yaşında vəfat edib.

 “Yenixeber.org” Azərtac-a istinadən xəbər verir ki, prezident İlham Əliyev Siddiqə Məmmədovanın vəfatı ilə əlaqədar başsağlığı verib.

Nekroloqda deyilir:

“Siddiqə Məmmədova 1925-ci il mart ayının 8-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şəhriyar kəndində anadan olub. O, 1940–1943-cü illərdə Gəncə Kənd Təsərrüfatı Texnikumunda oxuyub, 1943–1947-ci illərdə isə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsində ali təhsil alıb.

Əmək fəaliyyətinə 1952-ci ildən etibarən Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda başlıb, 1963-cü ildən ömrünün sonuna qədər isə nazirliyin Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktoru vəzifəsində işləyib.

Siddiqə Məmmədova 1952-ci ildə kənd təsərrüfatı elmləri namizədi, 1971-ci ildə biologiya elmləri doktoru elmi dərəcələrini alıb. O, entomologiya ixtisası üzrə 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 2001-ci ildə isə həqiqi üzvü seçilib.

Akademik Siddiqə Məmmədova respublikada kənd təsərrüfatı elmləri sahəsində uzunmüddətli səmərəli fəaliyyətinin nəticəsi olan çoxsaylı tədqiqatları ilə tanınıb. O əsərlərində bitkilərin mühafizəsində ekoloji cəhətdən təhlükəsiz və yeni texnologiyaların tətbiqini, eləcə də kənd təsərrüfatı bitkilərinin zərərli faunasına qarşı mübarizə üsullarının işlənib hazırlanmasını xüsusilə diqqət mərkəzində saxlayıb.

Siddiqə Məmmədovanın bitki mühafizəsi sahəsində apardığı çoxillik araşdırmaların nəticələri 200-dən artıq elmi əsərdə, o cümlədən 3 monoqrafiya və 5 tədris vəsaitində əksini tapmışdır. Müxtəlif ixtiralara görə 10-dan çox patent alıb.

Alim bir neçə çağırış yerli sovet və Azərbaycan Ali Sovetinin deputatı da seçilib.

S. Məmmədova ölkədə elmin inkişafı sahəsindəki xidmətlərinə görə “Şöhrət” və “Şərəf” ordenlərinə, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülüb.

Allah rəhmət eləsin!”

İlham Əliyev

Mehriban Əliyeva

Artur Rasizadə

Oqtay Əsədov

Ramiz Mehdiyev

Elçin Əfəndiyev

Akif Əlizadə

Heydər Əsədov

Mikayıl Cabbarov

Dilqəm Tağıyev

Əhliman Əmiraslanov

Məmməd Salmanov

Məhərrəm Babayev

Qərib Məmmədov

Urxan Ələkbərov

İbrahim Cəfərov

Elmar Vəliyev


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam