Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İspaniyada saat oğurlayanlar haqda son xəbər - Tutuldular

 

İspaniyada saat oğurlayanlar haqda son xəbər -

İspaniyanın İbiza adasının polisi son vaxtlar bahalı saatların oğurlanması ilə məşğul olan cinayətkar qrupu saxlayıb.

Yenixeber.org: İspaniya mətbuatı xəbər verir ki, sözügedən dəstəyə rəhbərlik edən şəxs 50 yaşlı Neapol sakinidir. Polisin verdiyi məlumata görə,  Neapoldan olan cinayətkarın rəhbərliyi altında 5 qarət həyata keçirilib. Qarət edilən saatların ümumi dəyəri isə 150 min avrodur.

Bir müddət əvvəl azərbaycanlı turistdən oğurlanan milyonluq saatın isə bu qrupa aidiyyatının olmadığı bildirilir.

Bundan başqa, yerli polis saat oğurluğunda şübhəli bilinən ərəb əsilli daha 3 nəfəri saxlayıb. Bildirilir ki, ötən həftənin çərşənbə günü turist “Vila” gecə klubundan çıxan zaman qrup üzvləri ona yaxınlaşıblar. Bu zaman qrup üzvlərindən biri turistlə söhbət edib, digəri isə anidən onun qolunu buraraq saatı oğurlayıb. Cinayətkar qrupun üzvləri daha sonra ərazidən uzaqlaşıblar.

Qeyd olunur ki, İbizada bahalı saatların oğurlanması işinə Neapol və Kalabriya mafiyası baxır. Son 7-8 ildə  onların əsas rəqibi isə fransız mafiasıdır. Bu qruplaşmaların da heyətini ərəb və əlcəzairli olan şəxslər təşkil edir. (qafqazinfo)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam