Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Türkiyə səfirliyi araşdırma aparır- Bakını işğaldan azad edən türk əsgərlərinin Gürcüstandak...

Türkiyənin Gürcüstandakı səfirliyi Marneuli rayonunun Qızılhacılı kənd qəbiristanlığında 1918-ci ildə Bakının işğaldan azad olunmasında iştirak etmiş türk əsgərlərinin məzarları ilə bağlı araşdırmalar aparır.

Yenixeber.org: Bu barədə Türkiyənin Gürcüstandakı hərbi attaşesi, polkovnik Bülent Akdeniz bildirib.

Onun sözlərinə görə, 8 türk əsgərinin uyuduğu ehtimal olunan məzarlıqla bağlı Türkiyənin aidiyyəti qurumları ilə yazışmalar aparılır: “Həmin əsgərlərlə bağlı daha geniş məlumat əldə etmək məqsədilə işlər davam etdirilir. Türkiyənin hərbi və milli arxivləri vasitəsilə həmin əsgərlərin kimliyini müəyyən etməyə çalışırıq”.

Qeyd edək ki, bu ilin mayın 18-də Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan Qızılhacılı qəbiristanlığında türk əsgərlərinin məzarlarının olduğu yerlə tanış olub. Səfir məzarlığın abadlaşdırılaraq xatirə lövhəsinin qoyulacağını bildirib. Qızılhacılı kənd ağsaqqallarının bildirdiyinə görə, türk əsgərləri Bakının işğaldan azad olunmasından sonra Türkiyəyə qayıdarkən xəstəliyə yoluxaraq vəfat ediblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam