Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Samur çayının bölünməsi üzrə -Azərbaycan-Rusiya birgə komissiyası toplanıb

Samur çayının bölünməsi üzrə Azərbaycan-Rusiya birgə komissiyası toplanıb

Bakıda Samur transsərhəd çayının su ehtiyatlarının bölünməsi üzrə Azərbaycan-Rusiya Birgə Komissiyasının XVI iclası keçirilib.

Yenixeber.org: Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-dən verilən məlumata görə, komissiyanın Azərbaycan tərəfdən həmsədri, cəmiyyətin sədr müavini Zakir Quliyevin rəhbərliyi ilə keçirilən iclasda ASC-nin, Azərbaycan Respublikası Xarici İşlər, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Əmlak Məsələləri Dövlət Komitəsinin və Dövlət Sərhəd Xidmətinin nümayəndələri iştirak ediblər.

Görüş zamanı Samur çayının su ehtiyatlarının iki ölkə arasında bölüşdürülməsi, ekoloji axınların təmin olunması, məlumat mübadiləsi və digər məsələlər müzakirə edilib, növbəti görüşə kimi görüləcək tədbirlər müəyyənləşdirilib. İclasın yekunu üzrə ikitərəfli protokol imzalanıb.

Qeyd edək ki, sazişə əsasən komissiyanın iclası hər dəfə bir ölkədə olmaqla ildə iki dəfə keçirilir.

Birgə komissiya “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Samur transsərhəd çayının su ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsi sahəsində əməkdaşlıq haqqında” 2010-cu il sentyabrın 3-də imzalanan Sazişə əsasən yaradılıb. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam