Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Yohannes Han:“Azərbaycan düzgün yol seçib”

 "Azərbaycan Avropa İttifaqı (Aİ) üçün əsas tərəfdaşlardan biridir. Xüsusilə də iqtisadi və ticarət baxımından"
Yenixeber.org:  bunu Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Avropa İttifaqının (Aİ) komissarı Yohannes Han Bakıda jurnalistlərə açıqlamasında deyib. 

O, bildirib ki, Aİ Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətindəki səylərini dəstəkləyir: "Hesab edirəm ki, Azərbaycan bu istiqamətdə düzgün yol seçib. Nümunə üçün, ötən il Azərbaycanda İKT sektorunda 9 faiz artım olub. Biz hansı sahədə mümkündürsə, orada göstərilən səyləri dəstəkləməyə hazırıq".

Y.Han ümid edir ki, Aİ ilə Azərbaycan arasında hərtərəfli əməkdaşlığa dair saziş tezliklə imzalanacaq. 

"Bu, yetərincə iddialı sazişdir və hər iki tərəf bunun ərsəyə gəlməsini istəyir. Tərəflər arasında əməkdaşlıq potensialı onu göstərir ki, biz bu imkanları şirkətlərimizə təmin edə bilərik. Saziş Aİ-nin əsas prioritetlərindən biridir. Aİ və Azərbaycan arasında intensivləşən əməkdaşlığın növbəti sübutu olacaq". 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam