Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

AZAL -Bakı-Nyu-York uçuşlarını dayandıracaq

AZAL Bakı-Nyu-York uçuşlarını dayandıracaq
Bu ilin oktyabr ayından etibarən “Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakıdan Nyu-Yorka birbaşa uçuşları dayandıracaq.
Yenixeber.org: AZAL-dan  verilən məlumata görə, ABŞ-ın aviasiya sənayesi bazarındakı problemlərlə əlaqədar olaraq, milli aviadaşıyıcı bu il təyyarə parkını artıra bilməyib. 

Bu səbəbdən, aviaşirkət marşrut şəbəkəsində kommersiya cəhətdən ən rentabelli istiqamətlərin saxlanılması qərara alınıb. Bu istiqamətlər üzrə aviareyslər Heydər ƏliyevBeynəlxalq Aeroportundan tranzit habı kimi istifadə olunması və Azərbaycana böyük turist axınının cəlb edilməsi üçün geniş imkanlar yaradacaq. 

"Yuxarıda sadalanan halları nəzərə alaraq, 2019-cu il oktyabr ayından etibarən Nyu-Yorka aviareyslərin dayandırılmasını məqsədəuyğun hesab etdik. Eyni zamanda qeyd edək ki, 2016-cı ildən başlayaraq Azərbaycan və ABŞ arasında "Open Skies" (Açıq Səma) aviasiya sazişi qüvvədədir. Bu saziş hər iki ölkənin aviaşirkətlərinə iki ölkə arasında qeyri-məhdud sayda uçuşlar həyata keçirməyə imkan verir. Ümid edirik ki, Amerika aviaşirkətləri bu imkandan faydalanacaq və Bakıya birbaşa aviareyslər açacaqlar", - məlumatda qeyd olunub. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam