Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Görkəmli şəxsiyyətlərin, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üzrə Komissiyanın iclası olub

 

 

Mayın 31-də Nazirlər Kabinetində görkəmli şəxsiyyətlərin, xalq, vətən, dövlət qarşısında xidmətləri olan şəxslərin və şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üzrə Komissiyanın ilk iclası olub.

Yenixeber.org: Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədovun sədrlik etdiyi iclasda müvafiq dövlət qurumlarının rəhbərlərinin və nümayəndələrinin iştirakı ilə müzakirələr aparılıb. 

Baş nazirin müavini bildirib ki, görkəmli şəxsiyyətlərin, xalq, vətən, dövlət qarşısında xidmətləri olan şəxslərin və şəhidlərin xatirəsinin əbədiləşdirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Ölkə tarixində mühüm rol oynayan görkəmli ziyalılarımız, Vətənimizin müstəqilliyi uğrunda şəhid olanlar, şücaət göstərib Milli Qəhrəman adı qazananlar və onların ailə üzvləri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar. Xalq, vətən, dövlət qarşısında xidmətləri olan həmin şəxslərin bir çoxlarının adları müxtəlif qurumlara, təhsil, mədəniyyət ocaqlarına, küçələrə və s. verilir. Sözügedən məsələ ilə bağlı müvafiq icra orqanlarından Nazirlər Kabinetinə yeni təkliflər daxil olur. Bu təkliflər Nazirlər Kabineti Aparatının aidiyyəti şöbələri tərəfindən araşdırılır və nəticəsi barədə arayışla birlikdə baxılması üçün Komissiyaya təqdim edilir.

Daha sonra Komissiyanın iclasında təkliflərlə bağlı müzakirələr aparılıb. Komissiya üzvlərinin rəyləri nəzərə alınaraq yekun qərar qəbul edilməsi üçün zəruri tövsiyələr verilib.

Xatırladaq ki, Komissiya 2019-cu il aprelin 1-i Nazirlər Kabinetinin müvafiq qərarı ilə yaradılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam