Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Polşa prezidentinin rəsmi qarşılanma mərasimi olub-FOTO

 

Polşa prezidentinin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan Respublikasına rəsmi səfərə gələn Polşa Respublikasının Prezidenti Andjey Dudanın mayın 31-də rəsmi qarşılanma mərasimi olub.
Yenixeber.org: Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Polşa Respublikasının Prezidenti Andjey Dudanın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. 

Azərbaycan Prezidentİlham Əliyev Polşa Prezidenti Andjey Dudanı qarşıladı. Fəxri qarovul dəstəsinin rəisi Polşa Prezidentinə raport verdi. 

Prezident İlham Əliyev və Prezident Andjey Duda fəxri qarovul dəstəsinin qarşısından keçdilər. 

Polşa Prezidenti Azərbaycan əsgərlərini salamladı. Polşanın və Azərbaycanın dövlət himnləri səsləndi. 

Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Andjey Dudaya, Polşanümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu. 

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidentİlham Əliyevin və Polşa Prezidenti Andjey Dudanın qarşısından keçdi. Prezidentlər rəsmi foto çəkdirdilər. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam