Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Qələbə paradı keçirildi -Moskvada

 

1493915624

Faşizm üzərində qələbənin 72-ci ildönümü münasibətilə Moskvanın Qızıl Meydanında Qələbə Paradı keçirilib.

Yenixeber.org:   Məlumata görə, paradda Rusiya prezidenti Vladimir Putin, Moldova prezidenti İqor Dodon, Rusiyanın dövlət və hökumət rəsmiləri iştirak ediblər.
10 min hərbçi, 114 döyüş texnikası, 72 hərbi təyyarə və helikopterin iştirak etdiyi paradı Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu qəbul edib. Müdafiə nazirinin prezidentə bütün növ qoşunların parada hazır olduğu barədə məruzəsindən sonra hərbi parad başlayıb.

Öncə hərbi məktəblərin kursantları, Hava və Quru Qoşunlarının, Dəniz Qüvvələrinin, Daxili Qoşunların əsgər və zabitləri tribuna qarşısından keçib. Sonra Müdafiə Nazirliyinin Hərbi Universiteti və digər ali hərbi məktəblərin məzunları olan qadın hərbi qulluqçular nizami keçid edib.

sgh-6345-3Sonra hərbi texnikanın keçidi olub. Paradın sonunda hərbi aviasiyanın uçuşları nəzərdə tutulsa da, hava şəraiti ilə əlaqədar hərbi keçidin bu hissəsi təxirə salınıb.

Parad bitəndən sonra V. Putin və İ. Dodon İkinci Dünya müharibəsinin iştirakçısı olmuş veteranlarla görüşüb, Naməlum Əsgərin məzarı önünə əklil qoyublar.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam