Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Əsgər Heydər Əliyev babasının məzarını ziyarət etdi -FOTOLAR

Əsgər Heydər Əliyev babasının məzarını ziyarət etdi - FOTOLAR
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) şəxsi heyəti Fəxri xiyabana gələrək ulu öndər Heydər Əliyevin xatirəsini yad edib.
Yenixeber.org: Xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Mədət Quliyev, Xidmətin əməkdaşları, DTX-nin N saylı hərbi hissəsinin zabit və əsgərləri Ulu Öndərin məzarı önünə əkili qoydular, əziz xatirəsinə ehtiramlarını bildirdilər. Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad olundu. 



Azərbaycanın təhlükəsizlik orqanlarının inkişafında, bu mühüm dövlət təsisatında milliləşmə prosesinin və peşəkarlıq məktəbinin banisi ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri var. Ulu Öndərin hələ sovet dövründə dövlət təhlükəsizlik orqanlarında milliləşdirmə siyasətinin aparılmasında, milli kadrların yetişdirilərək vəzifədə irəli çəkilməsində rolu əvəzsizdir. 



Bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti dahi rəhbərin şanlı vətənpərvərlik və peşəkarlıq irsini qürur və şərəflə yaşadaraq, müstəqilliyimizin və dövlətçiliyimizin etibarlı qorunması işini əzmlə davam etdirir. Xidmətin hər bir əməkdaşı bununla fəxr edir. 



Xalqımız qətiyyətlə əmindir ki, Heydər Əliyev siyasi xəttinin layiqli davamçısı Prezidentİlham Əliyevin rəhbərliyi ilə gələcəyə daha da inamla addımlayan ölkəmiz yeni-yeni zəfərlərə imza atacaq. Azərbaycan əsgəri qarşısına qoyulan istənilən tapşırığı yüksək səviyyədə yerinə yetirməyə qadirdir. 

Qeyd edək ki, Prezident İlham Əliyevin oğlu, DTX-nın əsgəri Heydər Əliyev də xidmət yoldaşları ilə birlikdə anım mərasimində iştirak edib. O, babasının məzarı önünə gül dəstələri qoyaraq xatirəsini yad edib. (Azvision)



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam