Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Elçibəyin imzaladığı fərmanda dəyişiklik

 

Dövlət başçısı İlham Əliyev “Vətəndaşlara məxsus tikililərin dövlət icbari sığortasının dayandırılması haqqında” 9 yanvar 1993-cü il prezident fərmanına dəyişiklik edib.

"Xeberinfo.com": “İcbari sığortalar haqqında” qanunun tətbiqi ilə əlaqədar imzalanan 23 dekabr fərmanı 9 yanvar 1993-cü il fərmanının 2-ci hissəsinin ləğvini nəzərdə tutur.

“Media forum” saytı bildirir ki, vətəndaşlara məxsus tikililərin dövlət icbari sığortasının dayandırılması fərmanını 1993-cü il yanvarın 9-da prezident Əbülfəz Elçibəy imzalayıb. Həmin fərmanın dekabrın 23-də ləğv edilən 2-ci hissəsi belə idi:

- “Erməni silahlı dəstələrinin fəaliyyəti nəticəsində vətəndaşların əmlakına vurulan zərərin ödənilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası prezidentinin 1992-ci il 5 may tarixli fərmanına əsasən sığorta ödənişi nəzərdə tutulmuş, lakin 1993-cü il yanvarın 1-nə kimi ödənilməmiş zərərin məbləği tikililərin bərpası zamanı 1992-ci ildə icbari sığorta üçün mövcud olmuş dəyər məbləğində ödənilsin.

Dekabrın 23-də İlham Əliyev “İcbari sığortalar haqqında” qanunda dəyişiklikləri imzalayıb. Bununla bağlı verilmiş fərmanda prezident Nazirlər Kabinetinə sığorta sektorunda ödəniş sisteminin təkmilləşdirilməsi və nağdsız dövriyyənin artırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlamağı tapşırıb.

Maliyyə Nazirliyi isə “İcbari sığortalar haqqında” qanunda nəzərdə tutulmuş birdəfəlik pul vəsaitinin və sığorta haqlarının məbləğini bir ay müddətində müəyyən etməlidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam