Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Radara düşənlərə iki qat cərimə

 

“Yaxın gələcəkdə avtomobillərin icbari sığortasının olub-olmaması radarlar vasitəsi ilə müəyyən ediləcək”.
 
"Xeberinfo.com":  Məlumata görə, bunu Dövlət Sığorta Xidmətinin rəisi Namiq Xəlilov jurnalistlərə açıqlamasında bildirib. Dövlət Sığorta Xidmətinin rəisi söyləyib ki, bunun üçün xüsüsi radarların quraşdırılmasına ehtiyac yoxdur: 
 
“Çünki Dövlət Yol Polisinin avtomobil yollarında quraşdırılan texniki qurğulardan istifadə ediləcək. Bununlada avtomobilin nömrəsini oxumaqla və həmçinin digər məlumatları götürərək İcbari Sığorta Birosunun məlumat bazasına ötürüləcək. Beləliklə də avtomobillərin icbari sığortasının olub – olmaması müəyyən olunacaq. Bu sistem müəyyən texniki məsələlər həll olunandan sonra, təxminən yaxın 2-3 ay ərzində istifadəyə veriləcək ”.
 
Xidmət rəisi, avtomobillərin icbari sığorta haqqının artırılması ilə bağlı sualları da cavablandırıb. N.Xəlilov bildirib ki, bu məsələ hələki gündəmdə deyil. Onun sözlərinə görə, bunun üçün heç bir iqtisadi əsas yoxdur.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam