Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Saakaşvili şəhər çimərliklərini “zəbt” edən hasarları dağıtdı – VİDEO

 

Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili şəhər çimərliklərini “zəbt” edən, hasarlar çəkərək, “özəlləşdirən” iş adamlarına qarşı mübarizəsini davam etdirir.

"Xeberinfo.com":   Milli.az bildirir ki, Mixail Saakaşvili dünən Odessa milisi, Fövqəladə Hallar Xidmətinin əməkdaşları ilə birlikdə Ukrayna Regionlar Partiyasının sabiq funksioneri, milyonçu Vasili Xmelnitskinin “Delfin” çimərliyindəki pansionatına yollanıb. “Zelyonıy Bereq” adlı bu pansionat “Delfin” və “Çkalov” çimərlikləri arasındakı ərazini tam qəsb etmiş, dəniz sahilini hasarlamışdı.
M.Saakaşvilinin göstərişi ilə fəhlələr buldozerlə çimərlikdəki hasarı dağıdıblar.
“Buradakı bəzi adamlar çimərliklərə hasarlar çəkir, divarlar hörürlər. Həmin hasarların, divarların hamısı uçurulacaq. Çünki belə tikililər Odessanın turizm mərkəzinə çevrilməsinə, yerli sakinlərin normal istirahətinə mane olur”, – M.Saakaşvili deyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam