Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Millət Vəkili alimlərin qurultayına qarşı

 

“Bu, müəllimlərin, həkimlərin, qadınların, kişilərin, uşaqların qurultayını keçirmək qədər mənasız bir işdir”

 

"Xeberinfo.com":  Məlumata görə,Sabah Bakıda AMEA, Təhsil, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin birgə təşkilatçılığı ilə Azərbaycan alimlərinin I qurultayı keçiriləcək. Tədbirdə respublika üzrə dövlət, biznes və vətəndaş cəmiyyəti sektorlarında elmi fəaliyyətlə məşğul olan müəssisələrin səlahiyyətli nümayəndələri, həmçinin xarici ölkələrdə yaşayan nüfuzlu azərbaycanlı alimlər iştirak edəcəklər.
Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafa bu adda tədbirin keçirilməsini absurd sayır: “Belə absurd bir tədbirin keçirilməsinin izahını hələ də tapa bilmirəm. Hansısa müəssisədə alimin özündən başqa onun səlahiyyətli nümayəndəsi necə müəyyən oluna bilər? Qafasındakı biliyi və təcrübəni köçürəcək səlahiyyətli nümayəndəyə və deyəcək ki, mənim əvəzimdən filan problemi qaldır? Alim, ümumiyyətlə, kimdir? Vəzifə və titul daşıyıcısı olmaqla müəyyənləşirsə, o zaman elə Milli Elmlər Akademiyasının genişləndirilmiş müşavirəsini keçirsinlər və kənardan da nüfuz sahibi hesab etdikləri şəxsləri dəvət etsinlər. Yenə də ixtirası və kəşfləri rəsmi qaydada tanınan alimlərin müşavirəsini təşkil etsəydilər, məqbul saymaq olardı. Bu, müəllimlərin, həkimlərin, qadınların, kişilərin, uşaqların qurultayını keçirmək qədər mənasız bir işdir. Alimləri konkret ixtisaslaşma meyarı ilə hansısa elmi problemin müzakirəsi üçün elmi konfransa dəvət etmək olardı. Bəlkə mən yanlış düşünürəm, hər halda, qurultayın nəticəsini gözləyək, bəlkə elə əsaslandırma olacaq ki, bu statusu yazmağa təəssüflənəcəyik”.
F.Mustafa qurultayda iştirak etməyəcəyini bildirib: “Milli Məclisdə də alimlərin sayı az deyil, nədənsə ötən iclasda səlahiyyətli nümayəndə seçməyi unutduq. Formal da olsa, bəndəniz də sənədli-sübutlu alim sayılır, o zaman məni kim təmsil edəcək? Allah ağlımıza və elmimizə qüvvət versin!”

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam