Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Tramp Konqresdən əlavə pul tələb edəcək-sərhəddə divarın tikilməsi üçün

 

Tramp Konqresdən əlavə pul tələb edəcək
ABŞ prezidenti Donald Tramp qanunsuz miqrantların ölkəyə axını və narkotik dövriyyəsinin qarşısını almaq məqsədilə Meksika ilə sərhəddə divarın tikilməsi üçün Konqresdən 2020-ci il dövlət büdcəsində əlavə 8,6 milyard dollar vəsait ayırmağı tələb edəcək.
Yenixeber.org: Bu barədə Trampın 2020-ci maliyyə ili üzrə Konqresə ünvanlayacağı büdcə sorğusunun mətni ilə tanış olan Ağ Ev rəsmisi “Reuters”ə bildirib.

Onun sözlərinə görə, Trampın tələb etdiyi bu məbləğ Konqresin son 2 ildə sərhəd layihələrinə ayırdığı vəsaitlərdən 6 dəfədən, ABŞ prezidentinin bu ilki fövqəladə rejim səlahiyyətləri vasitəsilə əldə etdiyi maliyyədən isə 6% çoxdur.

Ağ Evin iqtisadi məsləhətçisi Larri Kudlou isə “Fox News”a müsahibəsində deyib ki, Trampın bu tələbi üzündən növbəti büdcə davası meydana çıxacaq: “Düşünürəm ki, Tramp divar tikintisi məsələsində israrlı olacaq və sərhəd təhlükəsizliyi mövzusunu gündəmdə saxlayacaq. Prezident 2020-ci il büdcəsində sərhəd təhlükəsizliyi üzrə daxili vəsait hesabına olan xərclərin təqribən 5% azaldılmasını təklif edir. Zənnimcə, bu vacibdir.”

ABŞ-ın 2020-ci il üzrə büdcə qanun layihəsi bu ilin 1 oktyabrınadək Konqresdə təsdiqlənməlidir. Əks halda, yanvarda bitən və Amerika tarixindəki ən uzun (5 həftə davam edib) “şatdaun” (büdcə çatışmazlığı üzündən ABŞ federal hökumətinin işini qismən dayandırması) prosesi təkrarlana bilər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam