Redaktor seçimi
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Günün xəbəri

Milli Vəkilindən sığorta şirkətlərinə sərt ittiham

 

Milli Məclis gündəlikdəki məsələlərin müzakirəsini davam etdirir. “İcbari sığorta haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edən deputat Fəzail Ağamalı sərt danışdı. 
"Xeberinfo.com":   Məlumata görə o, zərərçəkmiş avtomobil sahiblərinin dəymiş zərəri sığorta şirkətlərindən ala bilmədiyini vurğulayıb: “Bu barədə külli miqdarda faktlar var.  Mən burada qətiyyən DYP-ni günahlandırmaq fikrində deyiləm. Siğorta bu gün kommersiya bankları kimi Azərbaycan vətəndaşlarının qanını sormaqdadır. Bu mənada ciddi addımlar atılmalıdır”. 
Oqtay Əsədov da dedi ki, bəzi yerlərdə bu sahədə ciddi problemlər var: “Həqiqətən də insanlar sığortadan çox ciddi şəkildə əziyyət çəkirlər. Bununla bağlı tədbir görmək lazımdır. Nəsə dəyişiklik etmək lazımdır ki, insanlar icbari sıortadan, öz verdikləri pullardan ziyan çəkməsinlər”.
Ziyad Səmədzadə sığorta bazarının həcminin 400 milyon manatı ötüb, keçdiyini bildirdi. O, F.Ağamalının qaldırdığı məsələ ilə razılaşaraq dedi ki, Milli Məclisə də etirazlar gəlir və bununla bağlı araşdırmalar aparılır: “Doğrudan da gecikdirmələr, süründürməçilik olur, çoxsaylı arayışlar tələb edilir. Yol qəzası olaraq maşını saatlarla yolun ortasından götürmürlər ki, get, filan sənədi gətir”. 
Z.Səmədzadə di ki, yeni layihənin qəbulundan sonra sığortaçı sığortanı ödəməyəcəksə, o halda müəyyən miqdarda cərimələr tətbiq ediləcək.
 
Qənirə Paşayeva əmək müqaviləsi, icbari sığortası olmadan çalışdırılan insanların vəziyyətinə diqqət çəkməyə çalışdı: “Bu vəziyyətə son qoyulmalıdır”. 
Xanım deputat bölgələrdə evlərin sığortalanması ilə bağlı işin sürətləndirilməsini də təklif etdi: “Mənim seçki bölgəmdə qazla bağlı iki partlayış baş verib, heç birinin də sığortası yoxdur. Sonradan onlara kömək etmək mümkün olmur”. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam