Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Məmmədyarov Vanetsyanın Füzulidəki bəyanatına görə Moskvaya zəng vurdu-"Onlardan soruşun..."

 

 

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyanın işğal altındakı Füzuli rayonundan ötən həftə verdiyi bəyanata görə Moskvaya zəng vurub.

Yenixeber.org: Nazir bunu Bakıda ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçakla görüşündən sonra keçirdiyi mətbuat konfransında deyib.

“Ermənistan rəhbərliyinin son bəyanatları sülhə xidmət etmir. Məsələn, Milli Təhlükəsizlik Xidmətinin rəhbərliyinin son bəyanatı. Mən bu məsələ ilə bağlı bu gün telefonla Minsk Qrupunun rusiyalı həmsədri İqor Popovla danışdım”-Məmmədyarov bildirib.

Azərbaycan XİN rəhbəri habelə ATƏT sədrindən xahiş edib ki, Yerevana gedəndə erməni rəhbərliyindən soruşsun: “Biz xalqları sülhə, yoxsa başqa istiqamətə hazırlayaq?”

Layçak isə erməni tərəfinin Dağlıq Qarabağın danışıqlarda iştirakına dair israrlarına münasibət bildirib. “Minsk Qrupu danışıqlar üçün yeganə formatdır və bütün münaqişə tərəfləri bunu qəbul edib. Formatda hər hansı dəyişiklik qarşı tərəflə razılaşdırılmalıdır”-o deyib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam